Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev əməkdar artist Elza Seyidcahanın AYB-nin üzvü olmasını birmənalı qarşılamayanlara cavab verib.
Teleqraf.com xəbər verir ki, Çingiz Abdullayev sosial media hesabında əməkdar artistlə fotosuna yazılan rəylərdə Elza Seyidcahanın tənqid edilməsini pisləyib.
“Qadını ələ salmaq, nifrət etmək, söymək, təhqir etmək olmaz. Kişilərin qadına münasibəti ilə bağlı utancverici haldır. Bəs, qadını belə təhqir etmək nəyə lazımdır? Otuz nəfər onu söyür, biabır edir, məni təhqir edir. Beş yüz isə artıq bəyənib, təbrik edib. Belə nifrət haradan qaynaqlanır?
Mən nadir hallarda Birliyə üzv seçmirəm. Amma qadını belə təhqir edəndə... Kişilər də daxil olmaqla... Əgər onun mahnıları kiminsə xoşuna gəlmirsə, o zaman bu haqda danışıb tənqid edə bilərsiniz. Ancaq incitməyin! Əvvəlcə tövsiyələr verirlər, onların arasında çox nüfuzlu insanlar var. Sonra seçim komissiyası baxır, katiblik təsdiq edir və mən birinci katib kimi bileti təhvil verirəm. Onun mahnılarını bəyənmədiyinizi yazın, amma onun haqqında çirkin fəndlər yazmağa cəsarət etməyin. Belə yersiz qəzəb haradan gəlir? Azərbaycan qadınıdır. Razı olmaya bilərsiniz. Bu sizin haqqınızdır. Birliyə üzv olub, tənqid edə bilərsiniz. Amma belə ultimatum tonda deyil. Gülməli deyil, kədərlidir", - deyə qeyd edib.
Qeyd edək ki, Elza Seyidcahana AYB-nin üzvülük vəsiqəsini Çingiz Abdullayev təqdim edib.