13 İyul 2023 18:14
3 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan MTV-də yayımlanan “Səhərin səsi” verilişində şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan oğlu Hüseynə ikinci dəfə evlənməyəcəyinə söz verdiyini etiraf edib.

“Məndən soruşurlar ki, Hüseyn təkdir, nə vaxtsa kiminləsə ailə qurmaq, uşaq dünyaya gətirmək düşünərsiniz? Cavab verirəm ki, xeyr. O qədər beynimə salıb “yox” demişəm, yuxuda bir dəfə gördüm ki, hamiləyəm. Solmazı oyadıb ağlayıram ki, oğluma söz vermişdim, heç vaxt hamilə ola, ərə gedə bilmərəm. Yuxuda da ailə qurmaq istəmirəm. Yuxudan ayılıb, ağlamağa başladım. Hüseyn mənim üçün təkdir və yaxşı ki, oğlum var. Allah hamının övladını saxlasın”.

Qeyd edək ki, Röya Ayxan iş adamı Anar Cəlilov ilə evli olub. Keçmiş cütlüyün Hüseyn adlı oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər