Meyxanaçı Vüqar Əbdülov "Space" televiziyasında yayımlanan "MeyXəbər" verilişində əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Vüqar Əbdülov Elza Seyidcahan haqqında bu sözləri qeyd edib:
"Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv olması qalmaqala səbəb oldu. Haqlı tərəflər də var. Elza xanımın mənimlə münasibəti yaxşı deyil. İlk gündən ona irad bildirmişəm ki, elə şeirlər yazma! Yazırsan kitab şəkilində saxla, bəlkə gələcəkdə lazım olar.
Özü deyir ki, fəlsəfəm var və yazıram. Aktyorlar onun şeirlərini çox iyrənc şəkildə təqdim edirlər. "Qazanı açdım, kəfini yedim". Bu nə ifadədir? Vallah qaytaracaqsan!"