Ötən gün 82 yaşını qeyd edən xalq artisti Flora Kərimovaya mədəniyyət naziri Adil Kərimli hədiyyə göndərib.
Teleqraf.com xəbər verir ki, Flora Kərimova İnstaqramda hədiyyəni paylaşaraq nazirə təşəkkür edib:
"Rəhbəri olduğunuz Mədəniyyət Nazirliyinə, şəxsən sizə övladım olaraq deyirəm ki, çox sağ olun. Bizim gözəl kəlamımız var, hər səhəriniz günəşli, işıqlı və gözəl arzularla başlasın. Bütün arzularınız Allah tərəfindən çin olsun. İnsanlar sizin qədrinizi bilsinlər! Təşəkkür edirəm, əziz olun".