Şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyevanın Apellyasiya Məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu haqda sosial media hesabında şairə Nazilə Səfərli məlumat verib: “Apellyasiya Məhkəməsində qalib gəldim. Vəkilim zəng edib bildirdi ki, məhkəməni udmuşuq. Haqqım olanı heç kimdə qoymaram.Təfərrüatlı sənədlər əlimə gələndə yazaram”.
Rəqqasə Fatimə Fətəliyeva məhkəmənin qərarından sonra Nazilə Səfərli ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət etmişdi.
Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. İki məşhur arasında qalmaqal Nazilə Səfərlinin sosial şəbəkədə ad çəkmədən yazdığı bu status olub: "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla".