Xalq artisti Şahnaz Haşımova xəstəxanadan evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, bu haqda sosial media hesabında əməkdar artis Aybəniz Haşımova məlumat verib:
"Allaha çox şükür, artıq Şahnaz xanım evə yazıldı. Dəyər verən və bizim yanımızda olan hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, Şahnaz Haşımova bir neçə gün öncə beyin-qan dövranının pozğunluğu diaqnozu ilə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanaya yerləşdirilmişdi.
Xalq artisti daha sonra Mərkəzi Gömrük Hospitalına köçürülmüşdü.