Türkiyənin əfsanəvi aktrisası Türkan Şoray ATV kanalında yayımlanan “ATV səhər” verilişinə özəl müsahibə verib.
Teleqraf.com xəbər verir ki, Türkan Şoray Ulu Öndər Heydər Əliyevdən də danışıb: “Təəssüf ki, ümummilli lider Heydər Əliyevlə görüşmək şansımız olmadı. Azərbaycanın ulu öndəri Heydər Əliyevin 100-cü ildönümünü hörmətlə anıram. Heydər Əliyevin qardaş Azərbaycan və Türkiyə arasında mədəniyyət və sənət sahəsində şox böyük töhfəsi olduğunu bilirəm. Türk sənətçilərinin Azərbaycanda tanınması üçün dəvət etdiyini də bilirəm.
Heydər Əliyevin Azərbaycan ilə Türkiyənin münasibətlərinin yaxınlaşmasında çöx önəmli rolu olub. Ona görə də təkrar Heydər Əliyevi hörmət və sevgi ilə anıram. Qardaş ölkə Azərbaycanla dilimiz, mahnılarımız, ənənəmiz eynidir. Mədəniyyətimizin birləşməsində Heydər Əliyevin xüsusi rolu olub.
Birinci xanım Mehriban Əliyevanın evində çay dəvətində oldum. Azərbaycanda belə gözəl xatirəm oldu. Mehriban Əliyevaya kitab hədiyyə etdim və Birinci Xanım kitabı çox sevdi. Hətta kitabın tərcümə edilməsi haqqında aramızda danışıq da odu. İnşallah, Azərbaycana yenidən dəvət olunmağı çox istəyərəm”.
Sənətçi ölkəmizi səfərindən də danışıb: “İlk dəfə Azərbaycana 1975-ci ildə filmimim qala gecəsi üçün gəlmişdim. O zaman tamaşaçılar filmin türk dilindən Azərbaycan dilinə tərcümə edilməsini istəməmişdi, bildirmişdilər ki, biz türk dilində başa düşürük. Bu, çox gözəl hal idi. Bakı ilə bağlı ilk təəssüratım bu oldu.
Azərbaycan xalqı istiqanlı, mehribandırlar. Məni sevənlərlə qucaqlaşdım, öpüşdüm, zaman-zaman onlarla ağladıq. O qədər yaxın görüşümüz oldu. Azərbaycana üç dəfə gəlmişəm və bundan sonra da gəlmək istəyirəm”.
Aktrisa Azərbaycan qızlarına adının qoyulmasından da danışıb: “Mənə dedilər ki, Azərbaycan qızlarına sizin adınız qoyulub. O qədər xoşbəxt oldum ki... Düşünərəm ki, Azərbaycanda türk filmlərinin nümayişinə başlanılanda ilk dəfə mənim ekran əsərim yayımlanıb. Adımın qoyulmasında onun da təsirinin olduğunu düşünürəm. Bütün Türkanları öpürəm”.
Türkan Şoray xalq artisti Zeynəb Xanlarova ilə münasibəti barədə bu sözləri deyib: “Zeynəb Xanlarova rəfiqəmdir, barmağımdakı üzük onun hədiyyəsdir. Mənim üçün gözəl bir hədiyyədir. O vaxtdan saxlayıram. Zeynəb Xanlarova Türkiyədə çox sevilir və burada da qonağım oldu. Azərbaycanda olanda hoteldə məni ziyarət etdi. Biz Azərbaycanı, azərbaycanlılar isə bizi çox sevir. Xüsusilə mənə göstərilən yaxşı münasibətə görə azərbaycanlıları çox sevirəm”.
Əfsanəvi aktrisa Azəryacan əsilli olması haqqında yayılan xəbərlərə də münasibət bildirib: “Azərbaycanda qohumlarımın olmasına dair məlumatlar verilmişdi. Daha sonra araşdırmaq fürsətim olmadı. Azərbaycan və Türkiyə qardaş ölkədir”.
Aktrisa Azərbaycanda filmə çəkilmək istəyini dilə gətirib: “Azərbaycanda filmə çəkilmək istərdim. Çox məmnun olaram. İllərdir ki, film çəkmirəm. Amma çox gözəl bir ssenari gələrsə, Azərbaycanda filmə çəkilmək istəyərəm. Buradan azərbaycanlı izləyicilərimi çox sevdiyimi bildirmək və inşallah onlarla təkrar bərabər olmaq və qucaqlaşmaq istəyirəm”.
Qeyd edək ki, Türkan Şoray “ATV səhər” verilişində müxbir Əli Novruzəliyevin suallarını cavablandırıb.