Aparıcı Ceyhun Səfərov “Space" televiziyasından ayrılıb.
Teleqraf.com xəbər verir ki, Ceyhun Səfərov bu haqda sosial şəbəkədə məlumat paylaşıb:
"Bir müddət "Space" televiziyasında çalışdım. Bu mənim televiziyada ATV-dən sonra ikinci istiqamət idi. Kanalda aparılan yeniliklər və sair məsələlərdə dostlarıma, həmkarlarıma dəstək olmaq istədim. Mənə elə gəlir ki, hər şey yaxşı alındı. Amma qərara gəldim ki, bura qədər kifayət edir və öz istəyimlə "Space"dən ayrıldım.
Bu il jurnalistika fəaliyyətimin 20, xəbər aparıcısı kimi çalışmağımın isə 16 ili tamam olur. Hesab edirəm ki, bu müddət ərzində qazandığım bilik və təcrübəni "Space"də də əziz dostlarımla birlikdə bölüşə bildim".