18 Avqust 2023 16:19
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı müğənni Britni Spirs əri Sem Əsgərini yatarkən döyüb, hücum zamanı özünü müdafiə etmək üçün evdə bıçaq saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TMZ nəşri məqalə dərc edib.

Nəşrin yazdığına görə, Əsgəri dəfələrlə arvadının davranışından şikayətlənib, həmçinin dostlarına Britninin tez-tez ona hücum etdiyini və döyməyə çalışdığını deyib. Belə hadisələrdən biri bu ilin əvvəlində baş verib. Mənbələrin məlumatına görə, Əsgəri yatan zaman Spirs ona hücum edib və döyməyə başlayıb.

Həmin dövrdə təsadüfən paparassilərə yaxalanan Əsgəri fotosunun çəkilməməsini fotoqraflardan xahiş edib. Onun gözaltındakı ləkələri və çiynindəki diş izləri gözdən qaçmayıb.

Bundan əlavə, insayderlərin dediyinə görə, Spirs yataq otağı da daxil olmaqla evinin hər otağında bıçaq saxlayıb.

Qeyd edək ki, bu ay məlum olub ki, Britni Spirs və Sem Əsgəri toydan bir il sonra boşanmaq qərarına gəliblər. Sem müğənni ilə mübahisə edib və onu xəyanətdə ittiham edib. O, birlikdə yaşadıqları evi tərk edib və hazırda tək yaşayır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər