29 Avqust 2023 13:02
1 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli tanınmış jurnalist Fulya Öztürkün Xəzər TV-də çalışacağı ilə bağlı məlumatlar yayılıb.

Teleqraf.com Bizim.media-ya istinadən xəbər verir ki, Fulya Öztürk məlumatı təsdiqləyib.

O, bu günlərdə telekanalın rəhbəri Murad Dadaşovla görüşdüyünü və önəmli layihə üzərində çalışdıqlarını dilə gətirib:

Xəzər TV-də çalışmaq üçün təklif aldım və bunu müsbət dəyərləndirirəm. Çox fərqli və ortaq bir şey düşünürük. Xeyirlisi deyək. Qərarımız qətiləşərsə, sentyabrın 4-də Azərbaycana gəlib qayıdacağam”.

Fulya Öztürk təməlli Azərbaycana köçməsi məsələsinə isə belə münasibət bildirib:

"Xəzər TV ilə əməkdaşlıq çərçivəsində çalışacağıq. Təməlli köç olmaz”, – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, Fulya Öztürk bir həftə əvvəl də sözügedən məsələ ilə bağlı Bakıda olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər