4 Sentyabr 2023 22:43
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərlini keçmiş gəlini Canana məhkəməyə verir.

Teleqraf.com xəbər verir ki, Canana bu haqda sosial media hesabında məlumat verib: "Hər gün mənimlə danışan, uşaqlarla bağlı mövzuları bölüşən, evdə görüşən, görüntülü danışan Mətanət İsgəndərli! Efirə çıxıb yalandan təzə gəlinin ailəsinin qorxusundan dediklərinə görə Allah qarşısında cavab verəcəksən. Mənə deyirdin ki, sakit ol, təzə gəlin bilməsin, uşaqları götürmə, yoxsa gəlib hər şeyə yiyələnər. İnsanda bir üz olar. Uşaqlarımı anasız qoyan qadın! Səninlə rol oynamaqdan, oyunlarına aldanmaqdan bezdim. Sən çox təhlükəli insansansan. Mənim analığımı hər dəfə milyonlarla insanların qarşısında təhqir etdiyinə görə səni və o verilişin aparıcısını qarşı tərəf olmadan məni müzakirə etdiyiniz üçün məhkəməyə verirəm. Bu gün keçirdiyim stressə, övladlarımın yanında əzildiyimə, axıtdığım göz yaşlarıma görə cavab verəcəksiniz. Uşaqların yaşamasını düşünənsənsə, onları evlə təmin etməlisən. Məni bütün mülklərdən imtina etməyə məcbur qoydun, iş yerlərimdən etdin. Saflığımdan istifadə edib oynayırsan mənimlə. Ne vaxta kimi? Allah var axı".

Qeyd edək ki, Canananın məhkəməyə müraciət etməsinə səbəb Mətanət İsgəndərlinin "Yaxşıya doğru" proqramında "Mən onunla həyatı boyu barışmaram. Bir insan ki, balalarını atıb gedə o, insan deyil. Bilmirəm nədir? Heyvan belə balasını atıb getmir. Boşanmısan, çıx get. Kərim də ailə qurub",-deyə fikir bildirməsi olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər