15 Sentyabr 2023 11:30
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli bloqer Nagehan Abdullayeva həyat yoldaşı Fərid Abdullayevdən boşanıb.

Teleqraf.com xəbər verir ki, bloqer sosial media hesabında Bakını tərk etdiyini açıqlayıb:

“Sevgili izləyicilərim, hörmətli Azərbaycanım. Fikirlərimi dostlarımın köməkliyi ilə səhvsiz yazmağa çalışacam. İllər əvvəl gözüm gülərək gəldiyim Bakımdan gözüm arxada qala-qala ayrıldım. Həyatımı orada qurmuşdum, mənim şəhərim olmuşdu. Siz də “Türk gəlini” deyə-deyə məni qəbul etmişdiniz. Hər biriniz var olun.

Bir neçə gün əvvəl atam Bakıya son əşyalarımı yığmağa gəldi. Qismət… Bağım demək olar ki, kəsilir... Orada çoxlu dostlarım var, çalışdığım insanlar var. Gəlib qayıdacam, amma başımı salacaq bir yuvam olmayacaq. Bir qonaq kimi Bakıda olmağım məni incidəcək, amma olsun. Hər şey hamı üçün yaxşı olsun. Çətin günlər keçirirəm, bəzən xoşbəxtliyi oynayıram. Sağlıq olsun! Daha gözəl günlərə doğru… Haqqınızı halal edin”.

Qeyd edək ki, eks-cütlüyün iki övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər