22 Sentyabr 2023 16:24
2 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Fəxrəddin Manafov "Sabahın xeyir, Azərbaycan" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Fəxrəddin Manafov bu sözləri deyib: "Əlbəttə, son anti-terror tədbirləri 44 gün davam edən müzəffər günlərimizin nəticəsidir. Ən maraqlısı odur ki, Allahın qismətilə mən Xankəndi şəhərində dünyaya gəlmişəm. Mənim üçün, bütün Azərbaycan, dünya azərbaycanlıları və türk milləti üçün çox böyük və sevindirici bir andır. Bu qədər sevinmək hər insanın taleyinə düşmür. Allaha çox şükür! Mən "xoşbəxt" sözünün hətta aciz olduğunu görürəm. Bu ifadəmə görə isə üzr istəyirəm, çünki sevincimin həddi-hüdudu yoxdur.

Mən çox xoşbəxtəm! Xoşbəxtəm ki, 68 yaşım var və baş verənlərin şahidiyəm. Xoşbəxtəm ki, dünya miqyasında tanınan çox hörmətli, müzəffər Ali Baş Komandanımız var. Onun qarşısında baş əyirəm! Xoşbəxtəm ki, belə güclü ordumuz var. Xoşbəxtəm ki, arxamızda böyük bir Türkiyə var. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda çıxışı zamanı əlini qaldıraraq “Qarabağ Azərbaycan torpağıdır” ifadəsini bütün dünyaya car çəkib deyən zaman evdə beləcə durmuş vəziyyətdə idim. Əlbəttə, çox gözəl gündür.

Şuşada, Füzulidə oldum, indi o günü gözləyirəm ki, nəhayət doğulduğum Xankəndiyə gedim, oradan aşağı düşüm, Həsənabad kəndində torpaqlarımızı öpüb gözüm üstə qoyum".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər