Mərhum xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruzova şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Şəfəq Novruzova şəxsi İnstaqram hesabında ilk nikahının baş tutmaması səbəbini açıqlayıb: “Təəssüf ki, hər bir azərbaycanlı ailəsinin başına gələ bilən bir hadisə illər öncə mənim də başıma gəlmişdi. Həyat yoldaşım Moskvaya işləməyə getdi və bəzi səbəblərə görə qayıtmadı. Qayıdanda da gec oldu, valideynlərim onu qəbul etmədi. Cəmi bir ilin gəlini olmuşam. Təəssüf ki, qızımın atası ilə ayrıldıq. Bütün bağlar kəsildi. Rayon yeri idi. Ayanın nənə və babası məni hər zaman balaları kimi görüblər. Mən şəhər qızı olduğum üçün geyimim fərqli olub, amma məni necə var elə də qəbul ediblər. Heç vaxt şıltaqlığıma söz etməyiblər”.
Stilist keçmiş həyat yoldaşının valideynləri ilə münasibətinin yaxşı olduğunu da vurğulayıb: "Atam dünyasını dəyişəndə bizə təsəlli verdilər, evimizı gəldilər. Çünki atamı çox sevirdilər”.
Qeyd edək ki, Şəfəq Novruzova iki dəfə ailəli olub. Onun ilk nikahından Ayan adlı, ikinci evliliyindən isə Esmanur adlı iki qızı var.