"Hər şey sizin gördüyünüz və kameranın önündəki kimi deyil. Sizi neqativ enerjiylə, problemlərimizlə yükləmək istəmirik. Doğuş bəylə aramızda söz-söhbət yarandı. Bir ay danışmadıq".
Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın Azərbaycan" verilişində həyat yoldaşı Doğuşla yaşadığı problemdən danışarkən deyib: "Bunu nə uşaqlarımız, nə ailələrimiz hiss etdi. Əgər ikimiz də küsülülüyə davam etsəydik, bu gün bir yerdə olmayacaqdıq. Bu il evliliyimizin doqquz ili tamam oldu. Doğuş bəy ipə-sapa yatmayan adamdır, ona görə türklər şok olurlar ki, bir-iki aydan sonra münasibətini sonlandıran Doğuş doqquz il evlidir.
Arda ilə Arın eyni çəkidə idilər. Həmin vaxt atasını görməyən Arda iki kilo arıqladı. Bundan sonra hər ikimiz özümüzü o qədər sürətlə toparladıq ki, bu günə qədər heç kim deyə bilməz, bir gün belə bir-birimizdən ayrı qaldıq. Ayrılıq anlamında deyirəm. İşlə bağlı ayrı qaldığımız zamanlar olur".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı ilə Doğuşun əkiz övladları var.