Müğənni Şəbnəm Tovuzlu Bakıdan İstanbula köçməsi haqqında yayılan xəbərlərə reaksiya göstərib.
İfaçının köməkiçisi Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
“Hazırda Şəbnəm Tovuzlu ailəsi ilə İstanbula istirahətə gedib. Orada ev alıb, amma Bakıdan həmişəlik köçmək fikri yoxdur”.
Qeyd edək ki, Şəbnəm Tovuzlu bir neçə gün əvvəl sosial şəbəkədə “Gedirəm, bir az hər şeydən uzaq olmaq üçün. Çox yorğunam. Ola bilsin bundan sonra İstanbula çox gedib-gəlim. Hətta yaşamağı belə düşünürəm" sözlərini yazmışdı.