1 Noyabr 2023 15:57
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar jurnalist Rasim Mustafaoğlunun redaktoru və "Space"nin sabiq direktoru Müşfiq Hətəmovun layihə rəhbəri olduğu "Hər gün bir tarix" film-verilişinin yayımı zamanı onların adları titrlərdən çıxarılıb.

Məsələ ilə bağlı Teleqraf.com-un əməkdaşı "Space"nin Xəbərlər Departamentinin direktoru Elman Bakuvi ilə əlaqə saxlayıb.

Kanal rəsmisi deyib: "Kanalda texniki problem olub, bu gündən Müşfiq Hətəmovun və Rasim Mustafaoğlunun adı bərpa olunacaq".

Qeyd edək ki, Rasim Mustafaoğlu sosial şəbəkədə bu sözləri qeyd edib: "Bu axşam 33 illik jurnalistlik dövründə ən eybəcər bir olayla qarşılaşdım. Təsadüfən "Space" televiziyasında 2021-ci ildə Vətən Müharibəsinin bir illiyi üçün hazırladığımız "Hər gün bir tarix" film-verilişə baxdım. Film sona çatdı və baxıram titrlərdən mənim adım çıxarılıb.

2021-ci ilin yayında televiziyanın imkanları nəzərə alınaraq Vətən Müharibəsinin ildönümü ilə bağlı bu layihəyə başladıq. 44 gün efirə getdi. Və 2021-ci ilin sonunda mən 18 il işlədiyim "Space" televiziyasından öz istəyimlə işdən çıxdım. İndi həmin burxılışları efirə verirlər. Amma bu adpozma əməliyyatını anlamadım. Əminəm ki, bu məsələ aydınlığa qovuşacaq. Mədəniyyəti çatan olsa üzr də istəyəcək".




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər