2 Noyabr 2023 17:52
1 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstəliyi ilə mübarizə aparan əməkdar artist Gülbahar Şükürlünün həkimi Zaur Ramixanov danışıb.

Teleqraf.com xəbər verir ki, xəstəxanaya yerləşdirilən qarmon ifaçısının həkimi “Elgizlə izlə” verilişində bu sözləri deyib:

"Gülbahar xanım onkoloji xəstədir. Onun həm bəd xassəli, həm də xoş xassəli törəməsi var. Bir neçə ildir ki, kimyaterapiya alır. Səhhəti pisləşdiyi üçün xəstəxananın reanimasiya şöbəsində koma vəziyyətinə düşüb. Onun vəziyyəti çox ağır idi. MRT və laborator müayinədən sonra onkoloji xəstəliyi kəskinləşib. Hazırda huşu aydındır, hər şeyə reaksiya verir. Bir neçə gündən sonra evə buraxılacaq".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər