Aparıcı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı Doğuş məhkəməyə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı bu haqda "Səni axtarıram" verilişində məlumat verib: "Bu gün hüquqi prosedurlar başladı. Mən media işçisi olaraq mətbuat azadlığı, azad söz üçün çalışan bir insan kimi heç vaxt nəyəsə qadağa qoymadım. Amma söhbət ailəmdən gedir. Vəkilimiz Feyza Altundur. Türkiyənin bir nömrəli vəkilidir. O türk mediasına yazılı açıqlamasını təqdim edib. Feyza Altun mənim və Doğuş bəyin vəkilidir. Mən uşaqlar üçün mübarizə aparmışam. Ona görə də uşaqlarımı düşünmək məcburiyyətində idim".
Müğənni Doğuş isə sosial media hesabında vəkili Feyza Altunun mediaya yazılı açıqlamasını təqdim edib.
Qeyd edək ki, ötən həftə Türkiyənin "Show TV" kanalında yayımlanan "Didem Arslan Yılmazla Vazgeçme" verilişində Esra adlı qadın Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuşla dini nikahının olduğunu açıqlayıb.