Xalq artisti Röya Ayxan Arb televiziyasında yayımlanan “Özəl” proqramında qonaq olub.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan bu sözləri deyib: “Kimsə adımı çəkib bir söz deyəndə xətrimə dəyir. Ümumiyyətlə, haqqımda danışmayın. Danışanda da birinin sənətini unutmayın. Yaddan çıxarmayın ki, o, sənətə necə gəldi, nə cür gəldi... Tək geyim, danışıq rol oynamadı. Doğrudan da 300 mahnıdan 250-i hit oldu, 16 yaşdan 42 yaşa qədər. Ona görə kimsə adımı çəkəndə, deyirəm, zəhmət olmasa, dayan! Mən bu sənətə sevərək, əziyyətlə gəldim.
Mən birinci qazanıb, tez qaçım evim, maşınım, paltarım olsun demədim. Lazım gələndə dostumun evində də qaldım, paltarını da geyindim, xahiş etdim ki, maşını ilə aparsın-gətirsin. Ona görə ki, yığdığım pulu yaxşı mahnıya xərcləyim, yaxşı işlər görüm. Bu gün də şükürlər olsun ki, etdiyimiz bütün işlər bəhrə verib”.