8 Dekabr 2023 17:57
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

"4 aydır dələduzların qurbanı olmuşam. Bu ilin avqustun ortalarında Gəncə şəhərində salondan nağd pulla avtomobil almışam. Gəncədən qayıdan günü səhəri müəyyən olundu ki, maşında naməlum nasazlıq var. Şəhərimizin ən yaxşı ustaları bu nasazlığı tapa bilmədilər. Avtomobili mənə satan şəxsə irad bildirərkən, pulumun qeri qaytarılmasını tələb etdim. O, maşının nasaz olduğunu boynuna aldı. Ancaq kobudluq və hədə-qorxu gəldi ki, mənə verdiyi etibarnaməni ləğv edəcək".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Səbinə Babayeva sosial şəbəkədə yazıb.

O, məsələ ilə bağlı Azərbaycanın Daxili İşlər Nazirliyinə müraciət edərək, yardım istəyib:

"Sizdən xahiş edirəm, bu çıxılmaz vəziyyətdə mənə kömək edəsiniz. Haqq-ədalətin bərqərar olmasında, nasaz avtomobil satan və mənə hədə-qorxu gələn insanların Azərbaycan qanunlarının nəzərdə tutduğu cəzaya cəlb olunmasında, pulumun geri qaytarılmasında mənə dəstək olmağınızı xahiş edirəm".


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər