20 Dekabr 2023 14:27
16 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Ceyran Rəhimova Arb televiziyasında yayımlanan "Xəbər-ətər" verilişində açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Ceyran Rəhimova yenidən aparıcılıq fəaliyyətinə başlayacağını deyib:

"İnşallah, televiziya fəaliyyətimə başlaya bilərik. Bu haqda Nəzakət Məmmədova təkid edir. Görək hansı televiziyalarla danışığımız və müştərək işimiz alınacaq. Nəzakət Məmmədova ilə birlikdə layihə hazırlamaq istəyirik".

Ceyran Rəhimova aparıcıların peşəkar səviyyəsindən də danışıb: "Efirdə professionallıq varsa, veriliş səviyyəli olacaq. Verilişin 70 faizi aparıcının üzərinə düşür. Mən efirə çıxdığım zamanın izləyiciləri çox yaşlanıblar. Bu gün yaşlı insanların nəvələri belə deyirlər ki, bizim evdə sizin verilişinizə baxırdıq. Yaddaşlarda qalmışam.

Amma iki-üç il öncə efirə çıxan elə aparıcılar var ki, yaddaşdan siliniblər. Hətta sosial şəbəkələrdə özlərini reklam edirlər, yenə də yadda qalmırlar. Professional deyillər. Baxırsan ki, sosial şəbəkədə əxlaqsız danışığı ilə belə diqqət çəkirlər, bu, reytinq deyil. İki-üç ildən sonra yoxa çıxırlar".

Qeyd edək ki, Ceyran Rəhimova AzTV-də "Sən bir nəğmə" verilişinin aparıcısı olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər