25 Dekabr 2023 12:03
1 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Flora Kərimova “O üz” verilişində ilk dəfə həmkarı Faiq Ağayevlə yaşadığı qalmaqaldan danışıb.

Teleqraf.com xəbər verir ki, Flora Kərimova bu sözləri deyib: "Faiq Ağayevin itirdiyi çox oldu. Arada məni yenidən çimdikləmək istədi, amma yerində otuzdurdum. Bilirsiniz taleyim necədir, kimsə mənə sataşır. Millət həmin o kimsənin haqqında elə kompromateriallar göndərir ki, əlim nəyəsə çatsaydı da, mən o həqiqəti bilməzdim. İnanmasam, sübut görməsəm, övladlarımın canına and içirəm ki, ömrümdə ağzımı açmaram. İlk dəfə bu haqda danışıram.

Sən Faiq, hansı vicdanla bunları dedin və düşünmədin ki, mən səni pərt edərəm? Mən bunu çox yaxşı bacarıram. Sənin mənə olan planlarının, münasibətinin kökünü kəsərəm. Balaca bir bağlılığı, sap kimi nazik münasibəti lap qırırsan.

Niyə? Çünki məni qısqananların xoşuna gəlmək istəyirdi. O dövrdə o çevrəyə girdi və oradan hansısa bir dəstək gözlədi. Faiq, niyə bunu etdin? Bunları etməyə səni nə vadar etdi? Səni nə vadar etdi ki, mən ağzımı açım? Mən həmişə özümü müdafiə etmişəm, heç vaxt hücüma keçməmişəm”.


Müəllif: Rəqsanə Həsənova