13 Yanvar 15:01
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Bəhram Bağırzadə mərhum sənətçi Aygün Hümmətovanın ( Bəylər) xatirəsinə kitab həsr edib.

Teleqraf.com xəbər verir ki, Bəhram Bağırzadə bu haqda sosial media hesabında məlumat verib:

"Bəhram əminin komandası yaxın zamanda uşaqlar üçün daha bir “Muğamın tarixi” kitabını nəşr etdirəcək və o, tezliklə Bakının kitab mağazalarında satışa çıxacaq. Bu kitab aramızdan vaxtsız ayrılan Aygün Bəylərin mübarək xatirəsinə həsr olunub. O, möhtəşəm müğənni, istedadlı bəstəkar, musiqiçi və xanəndə idi. Aygün xanım parlaq xarizmaya və qeyri-adi məlahətə malik idi, bunun sayəsində bir çox dinləyicilər onun vurğunu idi. Zaman keçəcək, ağrı keçəcək... Amma xatirə və əbədiyyət musiqisini ifa edən ecazkar, parlaq səs qalacaq".








Müəllif: Rəqsanə Həsənova