15 Yanvar 18:14
1 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məclislərə gedib, camaatın həyat yoldaşına göz tikirlər. Kişilərin sayəsində verilişlərə çıxırlar, onların sayəsində hörmət görürlər. Elə düşünürlər ki, özlərinin sayəsindədir. Belələri çoxdur".

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan Arb-də deyib.

İfaçı ad çəkmədən həmkarına ismarış göndərib: "Elə etmə ki, səni ifşa edim. Səni boykot elətdirərəm. Sadəcə ad çəkmək istəmirəm, özü bilir, kimə deyirəm. Bir daha artıq-əskik danışsan... Sən özünü mənimlə müqayisə edə bilməzsən. Sən manıssan, ona görə də özünü mənimlə eyni tərəziyə qoya bilməzsən. Sən hara, mən hara..."







Müəllif: Rəqsanə Həsənova