26 Yanvar 16:03
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımova məkanların birində media nümayəndələri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Türkiyədə çəkdirdiyi "Sağ-salamat" adlı klipini təqdim edən xalq artisti doğum günü təəssüratlarını dilə gətirib: "Yaş ancaq rəqəmlərdir. 53 yaşım tamam olur. Sadəcə iki rəqəmdir. Əslində, hədiyyə gözləmirəm. Amma özəl insandan hədiyyə təqdim edildi. Birinci hədiyyə də odur. Qarşınızda "Kim" sualına cavab verən insan var. İlk təbriki müğənni Samir Bağırovdan oldu, saat 12:00-da... Saniyə fərqi ilə qızım İlqarə Kazımova doğum günümü təbrik etdi".

Xalq artisti sənətdəki rəqabətdən də danışıb: "Hər kəsin müqəddəs sənətdə öz yolu olmalıdır.
Kiməsə oxşamağa, kimisə təbliğ etməyə çalışmamalıyıq. Kiminsə yoluna qaçmayaq, öz yolumuzla gedək"


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər