12 Fevral 17:47
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış stilist Anar Ağakişiyev bundan sonra Kanal S televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsində də çalışacaq.

Teleqraf.com Olay.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən telekanal məlumat yayıb.

Anar Kanal S-in verilişlərinə yaradıcılıq töhfəsi, layihələrin peşəkarlığı, zənginliyi üçün öz qərarlarını verəcək. Eyni zamanda yeni layihələrin hazırlanması, aparıcıların cəlb olunmasında da onun məsləhətləri vacib olacaq.

Xatırladaq ki, Anar Ağakişiyev həm də 2012-2013-cü illərdə Kanal S-də “Dəbin hökmü” verilişinin layihə rəhbəri və aparıcısı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər