12 Fevral 23:09
7 733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Zaur Nəbioğlu həmkarı Vüsalə Əlizadəyə sərt mesajlar ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, Zaur Nəbioğlu aparıcısı olduğu "Rəngarəng" verilişində bu sözləri deyib:

"Verilişinizin dörd buraxılışını mənə və aparıcısı olduğum "Rəngarəng" verilişinə həsr etmisiniz. Mənim heç kimlə heç bir şəxsi problemim yoxdur. Sadəcə olaraq səhər verilişləri içində reytinqdə rekordları qırdığımız üçün və sizin gəlib o rekorda çata bilmədiyiniz üçün bizi öz verilişinizdə mövzu edirsiniz. Niyə çünki orada Zaur Nəbioğlu var. Çox qəribə bir söz deyir, "bizim verilişdə danışmayanlar onların verilişində hər şeyi danışırlar. Bu nə sirrdir, bilmirəm". Bu, sirr deyil, sadəcə peşəkar jurnalist olmaq lazımdır. Mənim heç kimin işində, reytinqində, gündəmində gözüm yoxdur. Allah ruzinizi bol etsin".

Aparıcı qeyd edib ki, işsiz qalanda Vüsaləni o, işə götürüb: "Verilişimdə çalışırdınız, bu gün şükür Allaha gündəlik veriliş aparırsınız, bunu da alqışlayıram və sevinirəm. Çünki mən efirdə olmadığım zaman siz efirdə aparıcılıq edirdiniz. Sadəcə bu həyatdır da siz işsiz qaldınız və gəlib mənim verilişimdə redaktor işlədiniz. Bu da çox normal haldır, mən də kiminsə verilişində redaktor da işləmişəm".



Müəllif: Rəqsanə Həsənova