Türkiyəli məşhur aktyor Emre Karayel Bakıya gəlir.
Teleqraf.com xəbər verir ki, Emre Karayel martın 2-də Nizami Kino Mərkəzində "Kişi ağlı" tamaşasında çıxış edəcək.
Aktyor "Əziz dostlar, Bakıda Nizami Kino Mərkəzində səhnə alacam. Sizləri aramızda görməkdən məmnun olaram", - deyərək sevənlərinə səslənib.
Qeyd edək ki, Emre Karayel "Kurtlar Vadisi Pusu"da Zafer Sasonlu, "Gümüş" serialında isə Engin obrazı ilə daha da məşhurlaşıb.