5 Aprel 17:19
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Almaz Ələsgərova “Rossiya 1” telekanalında yayımlanan “Привет, Андрей!” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, proqramda Almaz Ələsgərova ilə yanaşı aktyor Emil Heydərov və Rusiyanın xalq artisti Stas Mixaylov da yer alıb.

Emil Heydərov sosial media hesabında proqramdan foto paylaşaraq "Привет, Андрей!” verilişinin tezliklə yayımlanacağını bildirib.

Verilişin aparıcısı Andrey Malaxovdur.


Müəllif: Rəqsanə Həsənova