14 Aprel 22:34
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Mələkxanım Eyubovanın qızı, rəssam Nəzrin Nəcəfova müğənni Mərdan Kazımovla nikah masasına əyləşib.

Teleqraf.com xəbər verir ki, Nəzrin Nəcəfova İnstaqramda fotosessiya paylaşaraq "Nikah günümüz, 14.04.2024...Toy günümüz...",-deyə qeyd edib.

Cütlüyün toy mərasimi isə aprelin 22-də baş tutacaq.

Qeyd edək ki, cütlüyün nişan mərasimi ötən ilin oktyabrında baş tutub.


Müəllif: Rəqsanə Həsənova