16 Aprel 11:02
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Mərkəzi Gömrük xəstəxanasına yerləşdirilən xalq yazıçısı Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq.

Bu haqda Teleqraf.com-a AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib: “Çingiz Abdullayevin səhhəti yaxşıdır. Xəstəxanadan bu gün, ya da sabah evə buraxılacaq. Çingiz Abdullayev birinci gündən xəstəxananın reanimasiya şöbəsindən çıxarılaraq palataya yerləşdirilib”.

Qeyd edək ki, xalq yazıçısı Çingiz Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısının səhhətində yenidən problem yarandığına görə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər