24 Aprel 15:12
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nəyisə tənqid edəndə düşmənə çevrilirik. Yalan danışanlar, yaltaqlıq edənlər, yalandan tərif söyləyənlər yaxşı adam olurlar. Pisləri tənqid edə-edə gündəmə gətirmisiniz. Gəlin yaxşılardan danışaq. Nə qədər tənqid olar!?”

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri “Xəbərin var” verilişində deyib.

Aparıcının “Sosial media hesabınızda paylaşım etdiyiniz tənqidi fikirlərə cavab vermirlər. Sizdən çəkinirlər” replikasına cavabda müğənni deyib: “Problem odur ki, mən heç vaxt haqsız danışmıram. Mənim fikirlərim tənqid də deyil, iraddır. Tanınmış insan kimi kənarda qalmaq istəmirəm. Əfsuslar olsun ki, bir çox məşhurlar ancaq bir-birini qınamaqla məşhurdur”.

Müğənni oğlanlarının qadağasından da danışıb: “Oğlanlarım deyir ki, bizim haqqımızda televiziyada məlumat vermə. Xüsusilə, David deyir ki, sosial şəbəkələrdə belə fotomu paylaşma. “Sənin anan müğənnidir” fikirləri Davidlə uşaqlar arasında dava-dalaşa gətirib çıxara bilər. Onların qarşını almaq üçün çalışıram ki, sosial şəbəkədə uşaqlarımın şəkilini paylaşmayım”.

Nura Suri ad çəkmədən onu toy məclislərindən uzaqlaşdıran həmkarını da tənqid edib: “Həmin müğənni ilə tək mənim yox, bütün müğənnilərin problemi var. Ümumiyyətlə, o, elə adamdır. Məclislərdən kimisə uzaqlaşdırmaq... Onun bu xasiyyətini müğənnilər və toy məclislərinin sahibləri də bilir. Özü bilsin, Allahı bilsin. Adını bir dəfə çəkmişəm, artıq demək istəmirəm. Qarşı tərəfdən cavab gəlmədi, gəlsə belə yenə cavabını verərəm. Əlimdə sübutlarım da var. Sübutum olmasa kiminsə haqqına girərəm?! ”


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər