4 İyun 12:25
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zülfiyyə Xanbabayevanı qızı ilə bağlı məclislərin birində təbrik etdim. Ondan sonra harada bir-birimizi görsək öpüşüb-görüşürük. Arada çox fasilə oldu, amma münasibətimiz əvvəlki kimidir".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev "Xəbərin var?" verilişində küsülü olduğu həmkarlarından danışarkən deyib.

Xalq artisti küsülü olduğu Brilliant Dadaşovadan da söz açıb: “Elə insanlar var ki, onların ulduzları heç cürə barışmır. Mən dəfələrlə demişəm, o, həm sənətdə, həm bir qadın, ana, həyat yoldaşı, həm də kiminsə rəfiqəsi və dostudur. Bütün yolları hamar, gözəl, uğur olsun. Gümüş dalınca gedib, qızıl tapsın. Bunu səmimi qəlbdən, sidq ürəkdən arzulayıram. Çünki mənim Brilliant Dadaşova ilə bağlı həyatımda bir dirəniş nöqtəm yoxdur. Bizim bir düşmənimiz var. Ona da qalib gəldik, başına yumruq vurduq.

Brilliant Dadaşova heç zaman düşmənim ola bilməz. Çünki o mənim öz millətimdən, canım-qanımdandır. Ulduzlarımız barışmır, amma bu faciə deyil.

Bu o demək deyil ki, dayanmadan Brilliant məni, mən də onu söyməliyəm. Bu çox ayıb olar. Onun oğlunun toyu olsa, gedib orada çıxış edərəm. “Cavad” adlı bir mahnım var. Onu dəyişib “Cahad” edib, oxuyaram".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər