6 İyun 13:33
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnsanın insana inamı varsa, telefona şifrə qoyması şəxsi işidir. Hər bir insanın gizli işi və sirri olmalıdır".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Coşqun Rəhimov "Şən gənc" verilişində deyib:

"Mən heç zaman heç kimin telefonuna əl uzatmaram. Heç evdə də nə uşaqlarımın, nə də həyat yoldaşımın telefonuna baxıram. Bunu özümə təhqir hesab edirəm. O inamsızlıqdan irəli gələn məsələdir".

Aparıcı Aysel Novrizova isə aktyora etiraz edib, "Axı, o insanla həyatını bölüşürsən", - deyə reaksiya verib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər