16 İyun 14:50
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan doğum günündə “Sərxoşam” adlı yeni klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, mahnının sözləri Altay Yaşar, musiqisi Fərid Kərimliyə aid olan mahnıya klip Roman Yaşar tərəfindən Qəbələdə çəkilib.

Dörd fərqli obrazda kamera qarşısına keçən Xalq artistinin stili üzərində Elnur Həsənov çalışıb.

Müğənninin klipində iki rəqqas - Zeynalova Roza və Xanbutov Möhsüm yer alıb.

“Sərxoşam” bütün musiqi platformalarında onlayndır.


Müəllif: Teleqraf.com