"Həkimlər məni özümə uyğun əməliyyat ediblər"
Teleqraf.com xəbər verir ki, bunu Xalq artisti Aygün Kazımova “Zaurla Günaydın” verilişində deyib.
Onun sözlərinə görə, indiyə qədər olunan əməliyyatlar onun üçün özəl seçilib:
"Estetik əməliyyat individual olmalıdır. Yəni əməliyyat hər üzə, formaya uyğun olmalıdır. Həkimlər də özümə uyğun məni əməliyyat ediblər. Tamamilə filan yerimi dəyişim çünki o dəbdədir və belə olmalıdır kimi şeylərdən qaçıram. Risk var, o əməliyyat mənə yaraşmaya bilər və mən səhnədə olan insanam, dəyişə bilmərəm bu isə mənə olmaz”.