27 İyun 14:58
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor Müşfiq Şahverdiyev film istehsalçısı, “Cinemazadeh”in direktoru Cəfər Axundzadə ilə məhkəmə prosesinin başa çatmasından danışıb.

Aktyor Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: “Bizim iki məhkəməmiz var idi. Məhkəmənin qərarına əməl edəcəyik. İlk məhkəməmiz kommersiya məhkəməsi olub. Hakim Ülkər Həsənova idi, məhkəmə prosesində qarşı tərəfin xeyrinə qərar verildi, mən nə qədər dəlil, sübut təqdim etsəm də. Hətta məhkəməyə şahid qismində şəxs gətirmişdim. Mənə bildirdilər ki, artıq gecdir və həmin vaxt onu məhkəmə zalına buraxmadılar. Belə ki, qeyd etdiyim kimi mən nə qədər səs yazıları, şəkillər, sübutlar təqdim etsəm də məhkəmə onların xeyrinə qərar verdi.

Sonra biz Apellyasiya Məhkəməsinə müraciət etdik. Məhkəmə məsələni ciddi araşdırdı və qərarı xeyrimizə dəyişdi. Daha sonra Ali Məhkəmə yenidən Ülkər Həsənovanın qərarını qüvvəyə mindirdi. O zaman nə baş verdiyini bilmədim. Təbii ki, qanun qarşısında boynumuz qıldan incədir. Amma tam ədalətli qərar olmasına inanmıram. Mənim təqdim etdiklərim sübuta yetirilmədi. Bu işin tam ədalətli başa çatmasına şübhə etdim. Məhkəmə hansı qərarı versə, ona da əməl edəcəm".

Qeyd edək ki, axşam.az saytında tərəflər arasındakı məhkəmə prosesinin başa çatması və hər iki prosesdə Müşviq Şahverdiyevin uduzduğu bildirilib. Qərara əsasən aktyor qarşı tərəfə 26 min manat təzminat ödəyəcək.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər