3 İyul 23:59
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Rəşad İlyasovun övladları təhsillə bağlı xaricə gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" verilişində danışıb. O, qızını bu gün Çinə yola salacağını bildirib:

"Qızım bu gün təhsillə bağlı Çin Yay məktəbinə gedir. Bakıda Xarici Dillər Universitetinin Çin dili fakültəsində oxuyur. 4-cü kursu bitirsin, sonra baxaq görək magistratura məsələsi necə olacaq. Ötən dəfə icazə vermədim. Bu dəfə getdim özüm də maraqlandım. Amma görürəm ki, bir az uşaqları sərbəst buraxmaq lazımdır. Qızımdan da arxayınam. Qiymətləri də çox yaxşıdır.

Uşaqlarıma görə çox narahatam. Oğlum da Bakı Dövlət Universitetini bitirdi. O da təhsillə bağlı Avropaya gedir".

Qeyd edək ki, müğənni Gülnarə İlyasova ilə ailəlidir. Cütlüyün 2 övladı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər