Xalq artisti Rasim Balayev əməliyyat edilib.
Xalq artisti Teleqraf.com-a açıqlamasında səhhətinin normal olduğunu deyib:
"Əməliyyat edildim, xəstəxanada bir gün qaldım. Hazırda evdəyəm. Sol ayağımda problem vardı, yaxşı hərəkət edə bilmirdim. Neçə ildir, bu xəstəlikdən əziyyət çəkirdim. Həkimlər əvvəl əməliyyat etmək istəmirdilər, mən də fizioterapiyaya gedirdim. Gördüm, faydası yoxdur. İyunun 4-də əməliyyata getdim, indi hər şey qaydasındadır".
Qeyd edək ki, Rasim Balayevin 75 yaşı var.