9 İyul 14:46
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim Biləcəridə qaldığımız evi Ülviyyə Namazova almışdı. Sonra oradan köçdü. Elzanın evini almaq ona nəsib oldu. O evi də satdı, maşallah, inkişaf etdi. Məni sevən xoşbəxt olacaq. Mənə qarşı mənfi fikirlə gələn insan isə bədbəxt olacaq. Camaatı bununla qorxutmuram”.

Teleqraf com xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan Arb televiziyasında yayımlanan “Elgizlə izlə” verilişində deyib.

Canlı yayımda ad gününü qeyd edən əməkdar artist müğənni Ülviyyə Namazovanın verilişə dəvət edilməsini xoş qarşılamayıb: “Heç vaxt insanlara yuxarıdan aşağı baxmıram. Sadəcə, sənət mənim üçün o qədər müqəddəsdir ki... Bilsəniz ki, necə yaşayıram, musiqilə bəstələyəndə hansı vəziyyətə düşürəm... Musiqi bəstələyəndə ağlayıram ki, necə gözəl oldu, ay Allah, bu istedadı mənə sən vermisən".

Ülviyyə Namazova isə Elza Seyidcahanın şeirlərini bəyənmədiyini vurğulayıb, "Sizin mahnılarınızı bəyənirəm, şeirlərinizi yox", - deyə qeyd edib.

Elza Seyidcahan ifaçıya "Sən hələ o səviyyəyə çatmamısan. "Tikim sizin ağzınızı" şeirində nə var ki... Bədənin başdan ayağa tikilib”, - deyə cavab verib.

Elza Seyidcahan canlı yayımı tərk edərək özəl günündə sənətinə uyğun həmkarlarını yanında görmək istədiyini vurğulayıb.

Daha sonra əməkdar artist studiyaya qayıdıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər