10 İyul 13:48
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Dilarə Əliyevanın qızı Mədəniyyət və İncəsənət Universitetinə daxil olub.

Teleqraf.com-un xəbərinə görə, Dilarə Əliyeva bu haqda İnstaqram hesabında məlumat verib:

“Sevincimin həddi-hüdudu yoxdur. Banu çox istəyirdi ki, aktrisa olsun. Bir ilə yaxındır hazırlaşırdı. Nəhayət, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyorluğu fakültəsinə imtahan verdi və ən yüksək - 10 balı topladı. Yolu açıq olsun! Bütün balaların yolu açıq olsun. Uzun yolun başlanğıcındadırlar. Yazmağa da çətinlik çəkirəm, hərdən elə olur ki, hisslərini ifadə etməyə söz tapmırsan. Xoşbəxtəm, həm də kövrəyəm. Səbəbi məlum”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər