16 İyul 10:06
4 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bloger Aysel Şükür üçüncü dəfə ərə gedir.

Teleqraf.com xəbər verir ki, bu haqda özü məlumat yayıb.

Türkiyənin Kapadokiya bölgəsində istirahətdə olan blogerə sevgilisi sürpriz edib.

Hava şarına minən Aysel orada evlilik təklifi alıb. Görüntüləri yayımlayan bloger "hə" dediyini açıqlayıb. "Ömür-gün yoldaşımla dostlarımız birləşib mənə sürpriz hazırlayıblar" sözlərini yazıb.

Qeyd edək ki, Aysel ilk həyat yoldaşından qalmaqallı şəkildə ayrılıb. O, daha sonra bloger Oqtay Əhmədovla ailə qurub. Ayselin ilk nikahdan bir, ikinci evliliyindən isə iki oğul övladı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər