Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müğənni Safiye Soymana zəng edib.
Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, Ərdoğan sənətçiyə oğlu Harun Akarözün vəfatı ilə bağlı başsağlığı verib.
Xatırladaq ki, Soymanın 25 ildir dağınıq sekleroz (MS) xəstəliyi ilə mübarizə aparan oğlu 47 yaşlı Harun Akaröz ötən gün vəfat edib.