Mərhum xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruz sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Şəfəq Novruz İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib:
"Həmişə atamla fəxr etmişəm. İndi məni sındırmaq istəyirlər. Qorxma, rahat yat, gör hələ nələr olacaq... Onlar yatmış şiri oyandıdılar. Ata, həmişə mənə deyirdin ki, ya birinci ol, ya da heç olma. Geyimlərimə də uşaqlıqdan icazə vermisən. Amma əxlaqım yerində olmaq şərtilə. Səhvim olanda qayışla da döymüsən, özü də çox pis. Buna görə də sənə minnətdaram ki, mənə tərbiyə vermisən.
Bu gün mən heç kimin həyatına qarışmıram. Sözü üzə dediyimə, emosional olduğuma görə, saçlarımı dibindən kəsdiyimə, sənin vəfatınla çox depressiyaya düşdüyümə görə adıma "psix" adı da yamadılar. Olsun, sənin kimi atanın yolunda "psix" adı almağa dəyər. Çünki öz ataları yoxmuş kimi bir şeydir onlar. Ataları öləndən 1 həftə sonra klubda, diskotekada olanlardır. Mən isə şəhər qızı ola-ola heç klub nədir bilməmişəm".