Aparıcı Kamilə Babayeva sosial media hesabında paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, ötən gün 49 yaşını qeyd edən aparıcı İnstaqramda hekayə bölümündə bu sözləri yazıb: "Bu günümü təbiətlə, ruhumla bir yerdə keçirmək istədim. Elə də oldu, xırda xoşbəxtliklər. İnsana başqa nə lazmdır?! Heç nə... Özümüz-özümüzü aldadırıq, yoruruq, qovuruq, qaçırıq".
Qeyd edək ki, Kamilə Babayeva iş adamı İbrahim Rzabəyov ilə evlidir. Cütlüyün Natella adlı qızı var.