17 Sentyabr 13:44
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Türkan Vəlizadə küsülü olduğu əməkdar artist Nigar Şabanovanın onun haqqında dediyi qalmaqallı sözlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, Türkan Vəlizadə bu sözləri deyib: "Sənətdə bəzi insanlar var, onlara sənət dostları deməzdim, əslində sənətdə dost olmur. Bir sənətçi efirə çıxan kimi aparıcılar o dəqiqə Türkan Vəlizadə haqqında ona sual verir və mənə daş atırlar.

Mən demək istəyirəm ki, təkəbbürlü olmaq lazım deyil. Əgər bu gün səsin, sənətin varsa, bu sənətdəsənsə, bir-birimizə hörmət etməliyik. 16 ildir ifa edirəm, təkəbbürlü olmamışam, böyük-kiçik yeri bilmişəm, bu sənətə kiməsə söz atıb gəlməmişəm və reklamı kimlərləsə qazanmamışam.

Aparıcılardan xahiş edirəm ki, müəyyən müğənnilərdən mənim haqda onlara sual verməsinlər. Çörək qazanmaq və sənət üçün hansı mahnını oxumaq lazım olduğunu çox gözəl bilirəm. Xahiş edirəm ki, hərə öz işi ilə məşğul olsun. Meyxanaçılara və onlarla duet oxuyan müğənnilərə söz atırlar. Özləri meyxanaçılarla mahnılar da ifa ediblər, onların sözlərinə bəstələnmiş nəğmələri də oxuyublar”.

Qeyd edək ki, Nigar Şabanova ötən gün "Rəngarəng" verilişində aparıcı Zaur Nəbioğlunun “Türkan Vəlizadənin adını dedim və siz mövzudan yayındınız. Ümumiyyətlə, bilirsiniz söhbət kimdən gedir?” sualına belə cavab verib:

“Çox xahiş edirəm ki, mənə sənətkarlar haqqında suallar verin, çünki qarşınızda adi bir oxuyan dayanmayıb. Artıq suallara cavab vermək istəmirəm. Sənətçilərlə sənətkarı qarışdırmayaq. Sual verəndə bilək kimə kimdən sual veririk. Özümdən cılızlar haqda danışmaram. Özümdən böyük sənətkarlara fikir bildirmək həddim olmaz. Adi toyda oxuduğu “ladı” və hansı muğam üstündə olduğunu bilmədən qışqıra-qışqıra toyda qalanlar var”.




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər