Aktrisa Zülfiyyə Qurbanova Xəzər televiziyasında yayımlanan “Bu şəhərdə kimsə yoxdur” serialı ilə yollarını ayırıb.
Teleqraf.com xəbər verir ki, aktrisa bu haqda İnstaqramda hekayə bölümündə məlumat verib: “Xəzər” TV-nin efirində yayımlanan “Bu şəhərdə kimsə yoxdur” serialında Hicran rolunun mənim öhdəmə düşən hekayəsi bitdi. Başda Rüfət Şahbazov, Amiran Babayev, Rövşən Abdullaoğlu olmaqla hər kəsə təşəkkürümü bildirirəm. Sizinlə işləmək zövq idi. Yeni işim “İctimai” TV-nin efirində yayımlanan “Vətəndaş A” serialıdır. Səadət rolunda başlayırıq...”