23 Sentyabr 19:07
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə qalmaqalla gündəmə gəlmiş müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifovanı tənqid edib.

Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə "Elgizlə izlə” verilişində bu sözləri deyib: “Mən o mahnını toy məclislərində ifa etsəm, utanaram. Şəbnəm Tovuzlu mənim dostumdur, ona hörmətim var. Amma bu mahnıya görə dava etmək çox ucuz variantdır. Üzeyir Hacıbəylinin əsəri deyil ki... Bəsdir, xalqın mədəniyyətini korlamayın. Mənim mədəniyyətimi korlayan insanlar düşmənimdir" .

Nadir Qafarzadə Şəbnəm Tovuzlu və Vəfa Şərifovanın ailəsinə də səslənib: “Hər iki ifaçı ailəlidir, evlərində kişi var. Ən azından onlar deməlidirlər ki, bitirin, bu söhbəti, abır-həya var. 31 ildir ki, evliyəm. Heç siz xanımım haqda nəsə eşitmisiniz və ya nəsə görmüsünüz? Xeyr!

Olmaz ki, hər iki müğənni haradasa görüşsünlər və bu söhbəti öz aralarında həll eləsinlər. Bu söhbətlər niyə sosial şəbəkələrə çıxmalıdır?! Bu bazar söhbətləri niyə hər yerə yayılmalıdır?!”


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər