1 Mart 2015 16:34
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı məşhur model Adriana Lima reklam çəkilişləri üçün İstanbulda olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cazibədar model yerli saytlardan birinə müsahibə də verib. Şəxsi həyatı barədə danışan model qadınlar haqda fikirlərini də bölüşüb:

“Gülərüz olmaq qadını cazibədar edən xüsusiyyətlərdəndir. Gözlərin də hər insanı cazibədar edən orqan olduğunu düşünürəm və mən də gözlərimi bəyənirəm. Rahat geyinməyi sevən insanam. Rahat şalvarlara, sport geyimlərə üstünlük verirəm. Tez-tez səyahət edirəm. Sevgi çox xüsusi duyğudur. Hazırda qızlarıma aşiq olmuşam”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər